...

Türkiyə XİN Xocalı soyqırımını bəşəriyyətə qarşı cinayət adlandırıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Fevral 2012 02:08 (UTC +04:00)
Türkiyə xarici işlər nazirinin müavini Fatih Ceylan Xocalı soyqırımının bəşəriyyətə qarşı cinayət olduğunu bildirib və qeyd edib ki, bu cinayət qəti şəkildə pislənməlidir.
Türkiyə XİN Xocalı soyqırımını bəşəriyyətə qarşı cinayət adlandırıb

Azərbaycan, Bakı, 23 fevral /Trend/

Türkiyə xarici işlər nazirinin müavini Fatih Ceylan Xocalı soyqırımının bəşəriyyətə qarşı cinayət olduğunu bildirib və qeyd edib ki, bu cinayət qəti şəkildə pislənməlidir.

Trend-in Türkiyə XİN-in "Twitter"dəki mikrobloquna istinadən verdiyi məlumata görə, nazirlik Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı beynəlxalq birliyinin diqqətini bu faciəyə çəkmək məqsədilə bir sıra tədbirlər təşkil edəcək.

Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələrinin Xocalı şəhərinin yeddi minlik əhalisinə qarşı törətdiyi soyqırım aktı zamanı 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilib.

Xəbər lenti

Xəbər lenti