...

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Fevral 2012 15:23 (UTC +04:00)
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində bu gün keçirilən monitorinq baş tutub.
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində bu gün keçirilən monitorinq baş tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Azərbaycanın Ağdam rayonunun Mərzili kəndinin yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin əlaqələndiricisi Piter Ki və səhra köməkçisi Antal Herdiç keçiriblər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Marius Puodziunas və şəxsi köməkçi Uilyam Praroy izləyiblər.

Xəbər lenti

Xəbər lenti