Azərbaycan, Bakı, 16 may /Trend/
Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 15-də saat 21:25-dən 21:35-dək Ermənistan Respublikasının Berd rayonunun Çinarlı kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqeləri, saat 16:30-dan 16:55-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 22:05-dən 22:15-dək Ağdam rayonunun Şıxlar kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 09:55-dən 10:00-dək, 12:55-dən 13:00-dək və mayın 16-da 00:40-dan 00:50-dək Füzuli rayonunun Qaraxanbəyli, Horadiz və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 04:23-dən 04:30-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.