...

ATƏT PA-nın yay sessiyasında təqdim olunacaq Dağlıq Qarabağla bağlı hesabat və onun əsasında hazırlanacaq qətnamə üzərində iş gedir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 May 2012 12:51 (UTC +04:00)
ATƏT-in Parlament Assambleyasının (PA) 2012-ci il illik yay sessiyası iyul ayının birinci ongünlüyündə Monakoda keçiriləcək.
ATƏT PA-nın yay sessiyasında təqdim olunacaq Dağlıq Qarabağla bağlı hesabat və onun əsasında hazırlanacaq qətnamə üzərində iş gedir

Azərbaycan, Bakı, 18 may / Trend müxbir M.Əliyev/

ATƏT-in Parlament Assambleyasının (PA) 2012-ci il illik yay sessiyası iyul ayının birinci ongünlüyündə Monakoda keçiriləcək.
Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Azərbaycan Milli Məclisinin vitse-spikeri, ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib.

Sessiyada Belqrad deklarasiyasının yerinə yetirilməsi ilə bağlı hesabat və komitələrdə qətnamələr, o cümlədən Monako deklarasiyasının qəbul ediləcəyi gözlənilir. Muradova deyib ki, sessiya zamanı siyasi məsələlərə də önəm veriləcək. Dağlıq Qarabağla bağlı Monako sessiyasına təqdim olunacaq hesabat və onun əsasında hazırlanacaq qətnamə üzərində iş gedir.

Onun sözlərinə görə, ATƏT PA-nın yaz sessiyasında qurumun baş katibi Sprenser Oliverlə görüşdə hesabatda Azərbaycan tərəfini qane etməyən məsələlər diqqətə çatdırılıb.

Vitse-spiker bildirib ki, sessiyada Ermənistanda keçirilən parlament seçkilərindəki qanun pozuntuları da müzakirə olunacaq. ATƏT-in müşahidə missiyasının hesabatında Ermənistandakı seçkilər zamanı bir sıra nöqsanlara yol verildiyi öz əksini tapıb. "ATƏT PA-da tək nöqsanların vurğulanması deyil, dəyərləndirilməsi məsələsi də var. Yəqin ki sessiya zamanı bu məsələyə də baxılacaq", - Muradova əlavə edib.

Xəbər lenti

Xəbər lenti