Azərbaycan, Bakı, 19 may /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən şənbə günü Trend-ə daxil olan məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 18-də saat 23.35-dən 23.38-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli kəndində yerləşən mövqeləri, saat 12.00-dan 12.20-dək, 13.15-dən 13.35-dək və 21.30-dan 21.50-dək Tərtər rayonunun Çaylı, Qızıloba və Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 10.35-dən 10.55-dək Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 11.30-dan 11.35-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 12.30-dan 12.45-dək və 12.50-dən 13.00-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 11.30-dan 11.35-dək və mayın 19-da 05.20-dən 05.40-dək Füzuli rayonunun Horadiz və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir
Müdafiə Nazirliyinin mətbuat xidmətindən şənbə günü Trend-ə daxil olan məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 18-də saat 23.35-dən 23.38-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli kəndində yerləşən mövqeləri
