...

Azərbaycan XİN: Sarkisyanın bəyanatı Ermənistanın fəlakətlərinə görə öz günahını azaltmaq cəhdidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 İyun 2012 12:31 (UTC +04:00)
Ermənistan rəhbərliyi Azərbaycanın imkanlarına və artan gücünə şübhə etməməlidir.
Azərbaycan XİN: Sarkisyanın bəyanatı Ermənistanın fəlakətlərinə görə öz günahını azaltmaq cəhdidir

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir E.Tariverdiyeva/

Ermənistan rəhbərliyi Azərbaycanın imkanlarına və artan gücünə şübhə etməməlidir. Bu barədə Trend-ə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev Ermənistan Prezidenti Serj Sarkisyanın "Azərbaycanın siyasətinin, militarist bəyanatlarının və əsassız özünə güvənməsinin regionda gərginlik yaratması"na dair verdiyi bəyanatı şərh edərkən deyib.

"Çox sürətli inkişaf və möhkəm vəziyyəti sayəsində Azərbaycan həm siyasətdə, həm də dünya koordinatlarının iqtisadi sistemində müstəqil və uğurlu dövlət kimi özünə və öz güclərinə inanmaq üçün bütün əsaslara malikdir. Ermənistan Prezidenti Azərbaycanın hansı imkanlara malik olduğunu bilir və ona görə də aydındır ki, Sarkisyan tərəfindən populist fikirlər Ermənistanın ümumi uğursuzluqlarda və yoxsul vəziyyətində öz günahının kiçildilməsinə görə deyilir", - Abdullayev bildirib.

XİN rəsmisi qeyd edib ki, Azərbaycanın qoşunların təmas xəttində gərginlik yaratması barədə Ermənistanın ittihamlarına gəldikdə, bir daha vurğulamaq istəyir ki, Azərbaycanın əraziləri ermənilər tərəfindən işğal olunmasaydı, gərginlik və insidentlər baş verməzdi.

"Qoşunların təmas xəttində vəziyyətə görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür. Ermənistanın ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin bəyanatları ilə manipulyasiya etməsi və Helsinki Yekun Aktına apellyasiya verməsi lazım deyil. Çünki MQ-nin həmsədr ölkələrinin liderləri dəfələrlə Qarabağ münaqişəsində status-kvonun qəbuledilməzliyini aydın şəkildə göstəriblər və BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan bu ölkələr erməni qoşunlarının Azərbaycan ərazilərindən heç bir ilkin şərt olmadan təcili çıxarılması haqqında qətnamələr qəbul ediblər", - Abdullayev bildirib.

XİN rəsmisi qeyd edib ki, ölkənin bütün regional layihələrdən qıraqda qalmasına dair Ermənistanın daimi şikayətlərinə gəlincə, bu, istisnasız olaraq Ermənistanın öz rəhbərliyinin günahıdır.
Bununla əlaqədar Ermənistan prezidentinin bu yaxınlardakı sözlərini xatırlamaq yerinə düşür. "Heç bir halda energetika layihələri bizim onsuz da kövrək regionumuzda yeni müharibənin maliyyələşdirilməsinin mənbəyi olmamalıdır. Biz vahid fikirdəyik ki, blokadalar və sərhədin bağlanması XXI əsr Avropasının ruhuna və məntiqinə qətiyyən layiq deyil", - Serj Sarkisyan bu yaxınlarda özünün avstriyalı həmkarı ilə görüşdə bildirib.

"Regional layihələrdə Ermənistanın iştirak etməməsi birbaşa sübut edir ki, XXI əsrdə Ermənistan bütün beynəlxalq normalara məhəl qoymadan Azərbaycanın ərazilərini işğal etməkdə davam edir. Energetika layihələrinin hesabına Azərbaycan bütün regiona inkişaf verdi. Amma Ermənistanın regional layihələrdən kənarda qalması təkcə ritorika ilə kifayətlənməyən, qətiyyən öz xalqının qayğısına qalmadan əsl millitarist və işğalçılıq siyasəti yürüdən Ermənistan rəhbərliyinin günahıdır", - Abdullayev bildirib.

Xəbər lenti

Xəbər lenti