...

Mübariz Əhmədoğlu: Aİ Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanın yalanlarını deyil, praktik ideyaları dəstəkləməlidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 İyul 2012 12:19 (UTC +04:00)
Ermənistanın yalanları bütün dünyada, o cümlədən Avropada utanmadan gəzməkdə davam edir.
Mübariz Əhmədoğlu: Aİ Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanın yalanlarını deyil, praktik ideyaları dəstəkləməlidir

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir E.Mehdiyev/

Ermənistanın yalanları bütün dünyada, o cümlədən Avropada utanmadan gəzməkdə davam edir. Avropa İttifaqı rəhbərliyi bu yalanlara inanmağa daha çox meyillidir. Bunu bazar ertəsi Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu deyib.

"Ermənistan Prezidenti Serj Sarkisyan Brüsselə son səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində "ağıllı kompromisə" hazır olduğunu nümayiş etdirdi. Yalandır! 1,5 milyard avro pulu almaq məqsədilə Sarkisyan heç bir əhəmiyyəti olmayan "Əsas Prinsiplər" adlı sənədi Ermənistanın imzalayacağına yazılı təminat vermək istəyir. Bununla Dağlıq Qarabağ münaqişəsinin həlli başlamır. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi "Böyük Sülh Müqaviləsi"nin imzalanması və Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxması ilə başlaya bilər", - Əhmədoğlu bildirib.

Politoloqun fikrincə, indiyədək bəlli deyil ki, Ermənistanın hansı yalanının müqabilində Aİ rəhbərliyi Dağlıq Qarabağın erməni icması ilə azərbaycanlı icmasının dialoqunun adını tuta bilmir. Aİ-nin inandığı yalanlar təkcə bu deyil.

"Litvanın müdafiə naziri Rasa Yunkiaviçene Ermənistanda səfərdə olarkən hədsiz maraqlı açıqlamalar verdi. Nazir öz ölkəsində parlament seçkilərinin qızğın vaxtında Ermənistan rəhbərliyinin təkidli tələbi ilə onun məhz indi Yerevana gəldiyini bildirdi. Ermənistan Prezidenti ilə danışıq zamanı litvalı nazir başa düşüb ki, Ermənistana DQ münaqişəsinin tənzimlənməsinə imkan verməyən Rusiyadır. Sarkisyanın Qarabağ tənzimlənməsində Rusiyanın maneçiliyindən danışması Ermənistanın növbəti məqsədyönlü yalanıdır", - Əhmədoğlu əlavə edib.

Onun sözlərinə görə, Ermənistan Dağlıq Qarabağ münaqişəsini tənzimləmək istəyirsə, Rusiya ona heç bir şərt daxilində maneçilik edə bilməz.

"Əgər Ermənistan rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsini arzulayırsa, yeganə maneə Rusiya dövlətidirsə, istənilən Aİ dövləti Azərbaycanla əməkdaşlıq vasitəsilə bu maneəni dərhal aradan qaldıra bilər: Dağlıq Qarabağda xidmət edən erməni hərbiçilərin sayı 20 min nəfərdir. Aİ üzvləri qoşunların təmas xəttində Azərbaycan tərəfindən xüsusi qərargahlar yaratmaqla erməni hərbiçiləri dəvət edib, tərksilah edərək lazımi qaydada şərait yaradıb miqrasiya üçün hazırladıqdan sonra Ermənistana daşıyıb apara bilər. Bununla da Sarkisyanın Rusiyanın adından yalançı və ya həqiqi bəyanat verməsinin kökü kəsilər. Azərbaycan torpaqlarından erməni hərbiçilər çıxdıqdan ərazilərimiz sonra işğaldan azad olunacaq", - Əhmədoğlu deyib.

Politoloq hesab edir ki, Aİ və NATO-nun üzvü olan Litvanın müdafiə nazirini KTMT-nin baş katibi Nikolay Bordyujanın Ermənistana səfəri ilə eyni vaxtda təkidlə dəvət edərək gətirməkdə Sarkisyanın məqsədi həm Qərb, həm də Rusiya istqamətində çoxistiqamətli yalanların meydana çıxması üçün zəmin yaratmaqdır.

"Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi üçün variantlar, ideyalar hədsiz çoxdur. Müharibəyə aparan yol cəmi birdir. Ermənistan yalanları ilə Aİ-ni DQ münaqişəsinin müharibə ilə tənzimlənməsi yoluna istiqamətləndirir. Aİ-nin əlində DQ münaqişəsinin tənzimlənməsi və beləliklə regionda Aİ-nin maraqlarına xidmət edən sabitliyin yaranması üçün xeyli çoxlu imkanları var. Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Ermənistanın yalanlarını deyil, konkretlik tələb etməklə praktik ideyaları dəstəkləməlidir. Bunun üçün Ermənistanın yalanlarına inanmağı dayandırmaq, konkret işlə məşğul olmaq lazımdır", - Əhmədoğlu deyib.

Xəbər lenti

Xəbər lenti