Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir R.Hafizoğlu/
Türkiyə XİN Dağlıq Qarabağda "seçkilər"in keçirilməsi faktını ATƏT qarşısında qəbul edilən öhdəliklə və BMT Təhlükəsizlik Şurasının qərarlarına zidd olduğunu bildirib. Trend-in məlumatına görə, bu haqqda Türkiyə XİN-in rəsmi saytında bildirilir.
Məlumatda o da qeyd olunur ki, Dağlıq Qarabağın hələ də işğal altında olması, Cənubi Qafqazda sülh və stabitliyin qarşısında ciddi əngəldir.
"Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyən Türkiyə bu seçkiləri qətiyyətlə pisləyir və seçkilərin nəticələrini heç bir şəkildə qəbiul etməyəcək " məlumatda qeyd olunur.
İyulun 19-da müstəqilliyi dünyanın heç bir ölkəsi tərəfindən tanınmayan separatçı Dağlıq Qarabağda "prezident seçkiləri" keçiriləcək.