...

Bundestaq: Ermənistana hazırki vəziyyətin yolverilməz olduğunu səylə aydınlaşdırmaq lazımdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 İyul 2012 10:52 (UTC +04:00)
Bundestaq Dağlıq Qarabağda keçirilən qondarma "prezident seçkiləri"nə münasibətini bildirib. Trend-in məlumatına görə, Bundestaq hesab edir ki, Dağlıq Qarabağda keçirilən qondarma"prezident seçkiləri" Dağlıq Qarabağ ətrafında münaqişənin dinc yolla həlli axrtarışında beynəlxaql birliyin göstərdiyi səylərə ağır zərbədir. Bu barədə AFR Bundestaqının Almaniya Soail-Demokrat Partiyasının (ASDP) deputatı Yohannes Kars müsahibəsində bildirib
Bundestaq: Ermənistana hazırki vəziyyətin yolverilməz olduğunu səylə aydınlaşdırmaq lazımdır

Azərbaycan, Bakı, 20 iyul /Trend/

Bundestaq Dağlıq Qarabağda keçirilən qondarma "prezident seçkiləri"nə münasibətini bildirib. Trend-in məlumatına görə, Bundestaq hesab edir ki, Dağlıq Qarabağda keçirilən qondarma"prezident seçkiləri" Dağlıq Qarabağ ətrafında münaqişənin dinc yolla həlli axrtarışında beynəlxaql birliyin göstərdiyi səylərə ağır zərbədir. Bu barədə AFR Bundestaqının Almaniya Soail-Demokrat Partiyasının (ASDP) deputatı Yohannes Kars müsahibəsində bildirib.

"Mən bu bəyanatı yalnız dəstəkləyə bilərəm. O, bütövlükdə Bundestaqın mövqeyini əks etdirir. Və bu mövqe keçmişdə də həmişə Aİ, eləcə də Bundestaq və bizim partiyamız səviyyəsində də təqdim olunub", - Kars deyib.

Onun sözlərinə görə, münaqişə tərəfləri arasında müzakirələrin davam etdirilməsi vacibdir, bu məsələdə ağıllı qərara nail olmaq üçün Azərbaycan və Ermənistan hökumətləri ilə təmasda olmaq lazımdır.

"Hazırda orada keçirilən "seçkilər"in kiməsə kömək etdiyini hesab etmirəm. Ehtiyat edirəm ki, onlar qarşıdurmanı daha da gücləndirsin", - Kars deyib.

Onun fikrincə, münaqişənin həlli ATƏT-in Minsk qrupunun dəstəyi ilə Azərbaycan və Ermənistan hökumətlərinin birgə səyləri ilə mümkündür.

"Mən vəziyyəti hüquqi nöqteyi-nəzərdən aydın və birmənalı hesab edirəm və ona görə də mənim fikrimcə, indi Ermənistana səylə başa salmaq lazımdır ki, belə vəziyyət yolverilməzdir. Münaqişə əbədi davam edə bilməz. Və mən sonuncu dəfə Azərbaycanda olanda, yenə cəbhə xəttində ölümlə nəticələnən insident baş verdi. Bu problemin həlli ola bilməz", - o deyib.

Xəbər lenti

Xəbər lenti