Azərbaycan, Bakı, 26 iyul /Trend müxbir K.Zərbalıyeva/
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində atəşkəs pozulub.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlılar dünən və bu gecə Füzuli rayonunun Qorqan, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.