...

Məsut Yılmaz: Dağlıq Qarabağ münaqişəsinin həlli təkbaşına Türkiyənin gücündə olsaydı, problem indiyə qədər həll edilərdi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Sentyabr 2012 13:42 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin həlli təkbaşına Türkiyənin gücündə olsaydı, problem indiyə qədər həll edilmiş olardı.
Məsut Yılmaz: Dağlıq Qarabağ münaqişəsinin həlli təkbaşına Türkiyənin gücündə olsaydı, problem indiyə qədər həll edilərdi

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Dağlıq Qarabağ münaqişəsinin həlli təkbaşına Türkiyənin gücündə olsaydı, problem indiyə qədər həll edilmiş olardı. Trend-in məlumatına görə, bunu jurnalistlərə müsahibəsində Türkiyənin sabiq baş naziri Məsut Yılmaz deyib.

O bildirib ki, bu problemin iştirakçıları çoxdur.

Yılmaz bildirib ki, bu məsələyə Avropa İttifaqı da müdaxilə etmək istəyir. Aİ-nin daxilində bununla bağlı fərqli fikirlər var. Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyi bəzi dairələr tərəfindən dəstəklənir, amma Aİ üzvü olan ölkələrin bəziləri isə öz siyasətləri naminə fərqli fikirlər söyləyirlər.

"Çox təəssüf ki, hazırda olduqca qarışıq vəziyyət yaranıb. Və indiyə kimi hər hansı irəliləyiş yoxdur. Amma bilməlidirlər ki, münaqişə həll olunmamış qala bilməz. ATƏT-in Minsk qrupu münaqişənin həlli yolunu tapmalıdır. Bu gün Ermənistan getdikcə çökür, amma Azərbaycan bütün sahələrdə, o cümlədən hərbi və iqtisadi sahədə böyük inkişafa nail olub", - sabiq baş nazir deyib.

Onun sözlərinə görə, Ermənistan qapalı bir ölkəyə çevrilib.

"Qısa olaraq deyim ki, indi zaman Azərbaycanın xeyrinə, Ermənistanın isə əleyhinə işləyir. Ermənistanın da bunu görməsi lazımdır", - Yılmaz bildirib.

Xəbər lenti

Xəbər lenti