...

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində atəşkəs növbəti dəfə pozulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Oktyabr 2012 09:40 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub.
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində atəşkəs növbəti dəfə pozulub

Azərbaycan, Bakı, 15 oktyabr /Trend/

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində atəşkəs növbəti dəfə pozulub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində və Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Ağdam rayonunun işğal olunmuş Şıxlar, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti