Azərbaycan, Bakı, 12 noyabr /Trend/
ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesini bərpa etmək üçün əllərindən gələni edir.
Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Fransa Prezidenti Fransual Olland erməni həmkarı Serj Sarkisyanla görüşdən sonra deyib.
Görüş zamanı Sarkisyan Ollandı gələn il Ermənistana dövlət səfərinə dəvət edib. Olland Sarkisyanın dəvətini qəbul edib.