...

Əli Həsənov: Xocalı soyqırımının tanınması ilə erməni qəsbkarlarının törətdiyi vandaliz dünyada qiymətini alır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Noyabr 2012 18:40 (UTC +04:00)
Xocalı soyqırımı uydurma bir hadisə deyil və bizi də bu hadisədən cəmi 20 il ayırır.
Əli Həsənov: Xocalı soyqırımının tanınması ilə erməni qəsbkarlarının törətdiyi vandaliz dünyada qiymətini alır

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir M.Əliyev/

Xocalı soyqırımı uydurma bir hadisə deyil və bizi də bu hadisədən cəmi 20 il ayırır. Bir gecədə bir şəhəri yerlə yeksan qoymaq, dinc əhaliyə qəddarcasına divan tutmaq indiki nəslin gözünün qabağında baş verib. Trend-in məlumatına görə, bunu jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov İƏT XİNŞ-nin qəbul etdiyi son qətnaməni şərh edərkən deyib.

"Artıq 2 ölkə tanıyandan sonra İƏT Xarici İşlər Nazirləri Şurasında da bu faktın tanınması o deməkdir ki, gələcəkdə əksər islam ölkələrində Xocalı soyqırımına hüquqi qiymət veriləcək və bununla cəmi 20 il bundan qabaq baş verən Xocalı soyqırımı beynəlxalq aləmdə tanınacaq. Xocalı soyqırımını tanıtmaqla bizim məqsədimiz heç də bu gün Cənubi Qafqazda qisasçılıq siyasəti formalaşdırmaq, ermənilərə qarşı əhalidə qisasçılıq əhval ruhiyyəsi yaratmaq deyil. Bu hadisəni tanıtdırmaqla bizim məqsədimiz bir daha bəşəriyyətə, insanlığa qarşı bu tipli hadisələrin yol verməmək, erməni qəsbkarlarının törətdiyi vandalizmin dünyada qiymətini alması və antiazərbaycan təbliğatlarının effektini azaltmaqdır. Ümumiyyətlə, gələcəkdə Xocalı soyqırımına məruz qalmış insanların müəyyən qədər dərdinin yüngülləşdirilməsi və digər məsələlərdir", - Həsənov bildirib.

PA rəsmisi qeyd edib ki, Azərbaycan Xocalı soyqırımının tanınmasını alqışlayır və bu, Xocalıda soyqırıma məruz qalmış insanların haqqıdır.

"Bir gün gələcək ki, beynəlxalq aləm erməni işğalçı qoşunlarının çıxarılmasının və Azərbaycanın ərazi bütövlüyünün də şahidi olacaq", - Həsənov deyib.

Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurası Xocalı faciəsini soyqırım aktı kimi tanıyıb və üzv dövlətləri 2013-cü ildə də "Xocalıya Ədalət" kampaniyasına dəstək verməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti