...

BQXK-nin nümayəndələri Ermənistanda əsirlikdə saxlanılan azərbaycanlılara baş çəkib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Noyabr 2012 10:16 (UTC +04:00)
BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat xidmətinin rəhbəri Şəhla Qəhrəmanova Trend-ə bildirib ki, onlara ailə məlumatları çatdırılıb.
BQXK-nin nümayəndələri Ermənistanda əsirlikdə saxlanılan azərbaycanlılara baş çəkib

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ermənistan nümayəndəliyinin əməkdaşları bu ölkədə əsirlikdə saxlanılan azərbaycanlı hərbi əsirə və bir mülki şəxsə baş çəkiblər.

BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat xidmətinin rəhbəri Şəhla Qəhrəmanova Trend-ə bildirib ki, onlara ailə məlumatları çatdırılıb.

Xatırladaq ki, bu il iyulun 26-da Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri 1992-ci il təvəllüdlü Fərəcov Firuz Mirzə oğlu qoşunların təmas xəttinin Tovuz rayonu istiqamətində azaraq Ermənistan silahlı bölmələrinə əsir düşüb.

Qazaxın Məzənli kənd sakini Telman Əliyev isə noyabrın 12-də sərhədi azaraq Ermənistan ərazisinə keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti