...

Siyavuş Novruzov: ATƏT-in Minsk qrupunun həmsədrliyi digər ölkələrə verilməlidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Noyabr 2012 12:39 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov hesab edir ki, ATƏT-in Minsk qrupunun həmsədrliyi digər ölkələrə verilməlidir.
Siyavuş Novruzov: ATƏT-in Minsk qrupunun həmsədrliyi digər ölkələrə verilməlidir

Azərbaycan, Bakı, 23 noyabr /Trend, müxbir E.Mehdiyev/

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov hesab edir ki, ATƏT-in Minsk qrupunun həmsədrliyi digər ölkələrə verilməlidir.

Trend-in məlumatına görə, Novruzov jurnalistlərə açıqlamasında bildirib ki, həmsədrlərdən biri olan Rusiyanın bu gün Ermənistanda hərbi bazaları var, Rusiya Ermənistanı silahla təmin edir.

"RF demək olar ki, Ermənistanın bilavasitə müdafiəçisidir. Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində hansı tərəfdə olduğu bəllidir. Fransaya gəlincə, hətta keçmiş prezident Nikola Sarkozi Ermənistanda çıxışında bir fikir işlətmişdi ki, Fransa Ermənistanın bacısıdır. Bu cür düşünən, "erməni soyqırımı"nın inkar edilməsinə görə insanları cinayət məsuliyyətinə cəlb etmək barədə qərar qəbul etmək istəyən ölkə ATƏT-in həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həllinə necə ədalətli kömək göstərə bilər?", - Novruzov deyib.

Onun sözlərinə görə, ABŞ-da da böyük erməni diasporu var.

"Hətta Azərbaycana bir səfirin təyin olunmasına belə, ermənilər imkan vermədilər, Obama öz səlahiyyətindən istifadə edərək yalnız bir il müddətinə səfir təyin etdi. Amma Konqresdə həmin səfirin namizədliyi keçmədi", - Novruzov bildirib.

O qeyd edib ki, erməni lobbisi Konqresə bu cür təsir edə bilirsə, ATƏT-in Minsk qrpundakı amerikalı həmsədrə də böyük təsiri olacaq.

"Bu baxımdan, ya bu həmsədrlik dəyişilməlidir və başqa-başqa ölkələrə verilməlidir, yaxud da ümumiyyətlə, ATƏT-in Minsk qrupunun işinə xitam verilməlidir və bu proses BMT-nin Təhlükəsizlik Şurasında müzakirə olunmalıdır", - millət vəkili qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti