...

ATƏT-in cəbhə xəttində keçirdiyi monitorinq insidentsiz başa çatıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Noyabr 2012 13:46 (UTC +04:00)
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, noyabrın 28-də Azərbaycan Respublikasının Xocavənd rayonunun Kuropatkino kəndinin yaxınlığındakı təmas xəttində keçirilən monitorinq baş tutub.
ATƏT-in cəbhə xəttində keçirdiyi monitorinq  insidentsiz başa çatıb

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

ATƏT-in cəbhə xəttində keçirdiyi monitorinq insidentsiz başa çatıb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, noyabrın 28-də Azərbaycanın Xocavənd rayonunun Kuropatkino kəndinin yaxınlığındakı təmas xəttində keçirilən monitorinq baş tutub.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, səhra köməkçisi Jiri Aberle, əlaqələndirici Piter Ki və şəxsi köməkçi Uilyam Prayor, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Yevgeniy Şarov keçiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti