...

Azərbaycan Ordusunun zabiti minaya düşüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Dekabr 2012 11:23 (UTC +04:00)
Zabit hospitala yerləşdirilib, vəziyyəti kafidir.
Azərbaycan Ordusunun zabiti minaya düşüb

Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Ordusunun zabiti minaya düşüb.

Etibarlı mənbənin Trend-ə verdiyi məlumata görə, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində - Ağdam rayonu istiqamətində dünən gecə saatlarında zabit Pərviz İsmayılov minaya düşüb və yaralanıb.

Zabit hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev Trend-ə faktı təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti