Azərbaycan, Bakı, 14 fevral / Trend müxbir M.Əliyev/
Erməni silahlı bölmələri yenidən atəşkəsi pozublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun işğal olunmuş Qaraqaşlı, Şirvanlı kəndləri yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən movqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub.
Düşmən cavab atəşi ilə susdurulub.