...

Ağ Evdə Azərbaycan torpaqlarının işğalı ilə bağlı müzakirələrin keçirilməsi üçün tələb olunan 100 000 səsə az qalıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Fevral 2013 09:56 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsi və erməni silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğalının tanınması məqsədilə Ağ evin rəsmi internet səhifəsində yerləşdirilmiş petisiyaya üçün səsvermə uğurla davam edir.
Ağ Evdə Azərbaycan torpaqlarının işğalı ilə bağlı müzakirələrin keçirilməsi üçün tələb olunan 100 000 səsə az qalıb

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir E.Mehdiyev/

Dağlıq Qarabağ münaqişəsi və Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğalının tanınması məqsədilə Ağ Evin rəsmi internet səhifəsində yerləşdirilmiş petisiyaya üçün səsvermə uğurla davam edir.

Trend xəbər verir ki, saat 10:00-a olan məlumata görə, petesiya üçün lazım olan 100 min səsdən artıq 76 min 766-ı toplanıb.

Qeyd edək ki, yanvarın 23-də Ağ Evin rəsmi səhifəsində yer alan "Biz xalqıq" (We the People) bölməsində prezident Barak Obama administrasiyasının diqqətini Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə nəticəsində erməni silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğalı məsələsinə yönəltmək məqsədilə petisiya yerləşdirilib.

Petisiyanın əsas məqsədi Dağlıq Qarabağ probleminin həlli, Azərbaycan ərazisinin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğal edilməsinə diqqətin artırılması və ABŞ prezidentinin bununla bağlı bəyanat verməsi üçün imza toplanmasıdır. Petisiyanın Ağ ev tərəfindən müzakirəyə çıxarılması üçün 2013-cü il fevralın 23-nə qədər 100,000 imza toplamaq lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti