...

Misir mətbuatında Xocalı soyqırımı ilə bağlı məqalə dərc edilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Fevral 2013 01:30 (UTC +04:00)
Fevralın 19-da Misirin “Sadə Əl-Bələd” xəbərlər portalında “Azərbaycanın Qahirədəki səfirliyinin bəyanatında: Xocalı soyqırımı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ən qanlı hadisədir” başlığı ilə məqalə (http://www.el-balad.com/403284) dərc edilib.
Misir mətbuatında Xocalı soyqırımı ilə bağlı məqalə dərc edilib

Azərbaycan, Bakı, 22 fevral /Trend/

Fevralın 19-da Misirin "Sadə Əl-Bələd" xəbərlər portalında "Azərbaycanın Qahirədəki səfirliyinin bəyanatında: Xocalı soyqırımı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ən qanlı hadisədir" başlığı ilə məqalə (http://www.el-balad.com/403284) dərc edilib.

Səfirliyin bəyanatına istinad edilən bu məqalədə Xocalı soyqırımı barədə geniş yazılaraq, bu soyqırımın XXI əsrin ən qəddar beynəlxalq cinayətlərindən biri olduğu oxucuların diqqətinə çatdırılıb, erməni silahlı bölmələrinin törətdikləri bu vəhşiliyin nəticəsində 106 qadın, 63 uşaq və 70 qoca olmaqla 613 dinc sakinin amansızcasına qətlə yetirildiyi, 1000 nəfərin yaralandığı, 1275 xocalılının əsir və 150 insanın itkin düşdüyü qeyd edilib.

Soyqırımına siyasi və hüquqi qiymətə gəlincə, məqalədə xüsusilə qeyd edilib ki, Ermənistanın səylərinə baxmayaraq, bu kütləvi qırğın bir neçə ölkənin qanunverici orqanları tərəfindən etiraf edilib.

Eyni zamanda, İƏT Dövlət və hökumət başçılarının Qahirədə keçirilmiş son sammitinin yekun bəyanatında Xocalı soyqırımının dünyada daha da tanıdılması istiqamətində səylərin artırılması ilə bağlı çağırış da əks edilib.

Yekunda Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq qanunun normaları, xüsusən də Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında həllinin vacibliyi önə çəkilərək, Ermənistandan məsuliyyətdən boyun qaçırmamaq tələb edilib, həmin münaqişənin həllinin qonşu dövlətlər arasında yaxşı əlaqələrin, habelə regionda inkişafın gələcəyi üçün yeganə ümid olduğu vurğulanıb.

Xəbər lenti

Xəbər lenti