...

ATƏT-in Minsk qrupunun həmsədrləri aprelin birinci həftəsində Azərbaycana səfər edəcəklər (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Mart 2013 14:28 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədrləri aprelin birinci həftəsində Azərbaycana səfər edəcəklər.Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov cümə günü keçirilən mətbuat konfransında deyib.
ATƏT-in Minsk qrupunun həmsədrləri aprelin birinci həftəsində Azərbaycana səfər edəcəklər (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir E.Mehdiyev/

ATƏT-in Minsk qrupunun həmsədrləri aprelin birinci həftəsində Azərbaycana səfər edəcəklər. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov cümə günü keçirilən mətbuat konfransında deyib.

Nazir ATƏT-in Minsk qrupunun mövcudluğunun zəruriliyinə münasibət bildirərkən deyib ki, hər ölkə öz milli maraqlarına uyğun siyasət aparır. ABŞ, Fransa və Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Ona görə də hər üç ölkə dünya siyasətində çox mühüm rol oynayır.

Məmmədyarov hesab edir ki, Azərbaycan gec-tez öz torpaqlarını geri qaytaracaq.

Nazir Litva Seymində Dağlıq Qarabağdakı separatçı rejimlə dostluq qrupunun yaradılması məsələsinə də toxunaraq deyib ki, bu məsələnin araşdırılması üçün Azərbaycanın Litvadakı səfirliyi təlimat alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti