...

Atəşkəs dövründə cəbhə xəttində atışma adi hal alıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Mart 2013 09:51 (UTC +04:00)
Erməni silahlı bölmələri mövqelərimizi atəşə tutmaqda davam edir.
Atəşkəs dövründə cəbhə xəttində atışma adi hal alıb

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir İ.İzzət/

Erməni silahlı bölmələri mövqelərimizi atəşə tutmaqda davam edir.

Müdafiə Nazirlyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Cəbrayıl rayonunun işğal olunmuş Mehdili, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Cəvahirli, Kəngərli, Sarıcalı kəndləri yaxınlığında, Füzuli və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti