...

Azərbaycan ordusunun daha bir hərbçisi şəhid olub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Mart 2013 17:07 (UTC +04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev Trend-ə bildirib ki, bu gün cəbhə bölgəsində, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş vermiş atışma nəticəsində Azərbaycan ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu Mehman Sadıqov düşmən gülləsinə tuş gələrək şəhid olub.
Azərbaycan ordusunun daha bir hərbçisi şəhid olub

Azərbaycan, Bakı, 26 mart /Trend, müxbir İ.İzzət/

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev Trend-ə bildirib ki, bu gün cəbhə bölgəsində, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş vermiş atışma nəticəsində Azərbaycan ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu Mehman Sadıqov düşmən gülləsinə tuş gələrək şəhid olub.

Qeyd edək ki, atışma günorta saatlarında baş verib. Düşmən cavab atəşi ilə susdurulub. Hərbi mənbələrdən əldə etidiymiz məlumata əsasən, baş vermiş atışma nəticəsində ermənilər itki verərək geri çəkilməyə məcbur olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti