...

Mübariz Əhmədoğlu: Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində “6 prinsip” adlı sənəd yoxdur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 May 2013 13:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir İ.İzzət/

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı "6 prinsip" adlı sənəd yoxdur və heç vaxt mövcud olmayıb, yenilənmiş Madrid prinsiplərinin 6 maddəli tərkib hissəsi var.

Bu barədə Trend-ə açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib.

Onun sözlərinə görə, Ermənistanın xarici işlər naziri E.Nalbandyan ölkəsinin "6 prinsip"i imzalamağa hazır olduğunu bildirib. Parisdə onun verdiyi bu bəyanat çox güman ki, Fransanın Dağlıq Qarabağ tənzimlənməsi üzrə rəsmi Yerevana etdiyi təzyiqin nəticədir. "6 prinsip" adlı sənəd yoxdur və heç vaxt mövcud olmayıb. Yenilənmiş Madrid prinsiplərinin 6 maddədən ibarət tərkib hissəsi var.

Politoloq qeyd edib ki, 2009-cu ilin iyulunda ABŞ Prezidentinin rəsmi saytı tərəfindən üç həmsədr ölkə prezidentlərinin birgə bəyanatı formasında yayımlanan yenilənmiş Madrid prinsipləri preambula, 6 maddə və rezümedən ibarətdir:

"Bu sənədin mahiyyətinə görə, Azərbaycanın isğal olunmuş ərazilərinin bir qismi dərhal, Dağlıq Qarabağ isə tədricən Azərbaycana qaytarılmalıdır. İndi Edvard Nalbandyan ermənilərin qarşısında günahkar görünməmək üçün yenilənmiş Madrid prinsiplərinin adını dəyişib "6 prinsip" qoyub".

Mərkəzin direktoru hesab edir ki, Nalbandyanın belə bəyanat verməkdə iki hədəfi ola bilər:

"Birincisi, Aİ Ermənistanı yenilənmiş Madrid prinsiplərini imzalamağa vadar edir. Avropa İttaifaqının şərti Ermənistan üçün çox vacibdir, çünki Ermənistan yenilənmiş Madrid prinsiplərinə imza atarsa, Aİ Ermənistan üçün donor konfransı keçirə bilər. Donor konfransında isə 1,5 milyard avro pulun toplanması ehtimal olunur. İkincisi, Nalbandyan yenilənmiş Madrir prinsiplərinin adını "6 prinsip" kimi təqdim etməklə Azərbaycanı qıcıqlandırmaq istəyir ki, rəsmi Bakı sənədin imzalanmasına "yox" desin. Beləliklə, günahkar Azərbaycan hesab edilsin. Nəticədə Ermənistan Avropa İttifaqını inandıra bilsin ki, yenilənmiş Madrid prinsiplərinin imzalanmamasının səbəbi Ermənistan deyil, Azərbaycandır."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti