...

Milli Məclis: "Azərbaycanın işğal edilmiş əraziləri haqqında" qanun layihəsi hazırlanmır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 May 2013 19:24 (UTC +04:00)
Milli Məclis son günlər ölkənin bir sıra mətbuat orqanlarında guya parlamentdə “Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında” qanun layihəsinin hazırlanması barədə yayılan məlumatları təkzib edir.
Milli Məclis: "Azərbaycanın işğal edilmiş əraziləri haqqında" qanun layihəsi hazırlanmır

Azərbaycan, Bakı, 20 may /Trend/

Milli Məclis son günlər ölkənin bir sıra mətbuat orqanlarında guya parlamentdə "Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında" qanun layihəsinin hazırlanması barədə yayılan məlumatları təkzib edir.

Milli Məclisin mətbuat xidmətindən Trend-ə bildirilib ki, parlamentdə belə bir qanun layihəsinin hazırlanması barədə yayılan xəbərlər həqiqətəuyğun deyil: "Parlamentin heç bir komitəsində belə bir qanun layihəsi müzakirə olunmayıb və müzakirə olunması da nəzərdə tutulmayıb".

Buna görə də Milli Məclisin mətbuat xidməti bütün kütləvi informasiya vasitələrinin diqqətinə çatdırır ki, bu tipli informasiyaları yaymamışdan əvvəl məlumatı yoxlasınlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti