...

Ekspert: Minsk qrupunu fəallaşdırmaq üçün Türkiyə bu qrupda önəmli rol almalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 May 2013 16:23 (UTC +04:00)
Türkiyə ATƏT-in Minsk qrupunda öz rolunun artırılması qənaətindədir. Minsk qrupunu fəallaşdırmaq üçün Türkiyə bu qrupda önəmli rol almalıdır.
Ekspert: Minsk qrupunu fəallaşdırmaq üçün Türkiyə bu qrupda önəmli rol almalıdır

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir İ.İzzət/

Türkiyə ATƏT-in Minsk qrupunda öz rolunun artırılması qənaətindədir. Minsk qrupunu fəallaşdırmaq üçün Türkiyə bu qrupda önəmli rol almalıdır. Türkiyə Minsk qrupunun 11 üzvündən biri olsa da, hələ ki, həmsədr deyil. Ona görə də Türkiyə ya həmsədr ölkələr sırasına gətirilməli, ya da başqa bir mexanizm tapılmalıdır.

Bunu Trend-ə açıqlamasında Türkiyənin Avrasiya Araşdırmalar Mərkəzinin (AVİM) direktoru, vaxtilə Türkiyənin müxtəlif ölkələrdə səfiri olmuş diplomat Alev Kılıç bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsində mövcud vəziyyət və Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktı qəbul edilə bilməz.

Ekspert qeyd edib: "20 ildən artıqdır ki, bu problemin həlli tapılmayıb və adı "dondurulmuş münaqişə" qoyulub. Lakin görürük ki, ATƏT-in Minsk qrupunun həmsədrləri də bu durğunluğu həll edə bilməyiblər. Bu məsələdə yenidən fəaliyyətə keçmək lazımdır. Türkiyə bu məsələdə qərarlıdır. Türkiyə görür ki, hadisələr bu cür getməməlidir. Dolayısı ilə biz də Minsk qrupunun necə daha aktiv hala gətirilməsini düşünürük. Bu problem Cənubi Qafqazda, Qara dəniz hövzəsində və Orta Asiya bölgəsində əməkdaşlığın inkişaf etdirilməsinə maneə törədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti