...

Cəbhə xəttində gərginlik davam edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 May 2013 09:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir İ.İzzət/

Erməni silahlı birləşmələri cəbhə xəttində bir neçə istiqamətdə atəşkəs rejimini pozub.

Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Şıxlar, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Çaylı, Çiləbürt, Qızıl Oba və Goranboy rayonunun Gülüstan kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti