...

Səfir: Çin Ermənistana silah satmayıb, satmır və satmayacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 İyun 2013 12:51 (UTC +04:00)
Ermənistanda işləyən biri kimi deyə bilərəm ki, Çin Ermənistan kimi işğalçılara silah satmayıb, satmır və satmayacaq.
Səfir: Çin Ermənistana silah satmayıb, satmır və satmayacaq

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir İ.İzzət/

Ermənistanda işləyən biri kimi deyə bilərəm ki, Çin Ermənistana hücum tipli silah satmayıb, satmır və satmayacaq. Trend-in məlumatına görə, bu barədə Çinin Azərbaycandakı səfiri Xun Tsuyin jurnalistlərin Çinin Ermənistana silah satması ilə bağlı sualına cavab verərkən bildirib.

Onun sözlərinə görə, Çin hökuməti Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi haqqında dəstəyini təsdiqləyir: " Eyni zamanda biz BMT TŞ tərəfindən qəbul olunan qətnamələrin həyata keçirilməsinə çağırırıq. Çin Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində nizamlanmasının tərəfdarıdır və beynəlxalq ictimaiyyətin səylərini dəstəkləyirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti