...

Orxan Əkbərov: Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqları bütün dünya üçün təhlükə mənbəyidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 İyun 2013 13:13 (UTC +04:00)
Bu gün Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqları yalnız Azərbaycan üçün deyil, bütün region, dünya üçün təhlükə mənbəyidir. Çünki həmin torpaqlardan narkotiklərin istehsalı və bütün dünya bazarlarına çıxarılması üçün istifadə olunur.
Orxan Əkbərov: Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqları bütün dünya üçün təhlükə mənbəyidir

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir E.Mehdiyev/

Bu gün Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqları yalnız Azərbaycan üçün deyil, bütün region, dünya üçün təhlükə mənbəyidir. Çünki həmin torpaqlardan narkotiklərin istehsalı və bütün dünya bazarlarına çıxarılması üçün istifadə olunur.

Bu barədə Trend-ə Dağlıq Qarabağın Azərbaycanlı İcmasının Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov Milli Təhlükəsizlik Nazirliynin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində narkotiklərin yetişdirilməsi və sonradan onların İrana, oradan isə Azərbaycana gətirilməsi ilə bağlı aşkar etdiyi fakta münasibət bildirərkən deyib.

Əkbərov qeyd edib ki, bu problemə Azərbaycan hər zaman reaksiya verir və verməkdə davam edəcək: "Təbii ki, bu məsələ Azərbaycanı çox narahat edir, amma ən azı bu məsələ Azərbaycan qədər bütün dünya dövlətlərini, beynəlxalq təşkilatları, xüsusən də ATƏT-in Minsk qrupunu çox ciddi şəkildə narahat etməlidir və bunun qarşısını almaq üçün istənilən üsuldan istifadə etmək zəruridir".

Əkbərovun fikrincə, ikincisi, bu məsələrə erməni xalqı özü reaksiya verməlidir, çünki Ermənistanda yaşayan insanlar çox gözəl bilirlər ki, işğal olunmuş torpaqlarda narkotiklərin istehsal olunub satılması ilə heç bir iqtisadiyyat qurula bilməz: "Çünki bu məsələ bir yerdə dirənəcək, Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək, onda onlar nə edəcəklər?"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti