...

Strasburqda Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında görüş keçirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 İyun 2013 22:34 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay plenar sessiyası çərçivəsində iyunun 26-da Strasburqda Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında tam heyətdə görüş keçirilib.
Strasburqda Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında görüş keçirilib

Fransa, Strasburq, 26 iyun /Trend, müxbir A.Məhərrəmli/

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay plenar sessiyası çərçivəsində iyunun 26-da Strasburqda Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında tam heyətdə görüş keçirilib.

Trend-in məlumatına görə, görüşdən sonra jurnalistlərə açıqlama verən AŞ PA sədri Jan-Klod Minyon görüşün nəticələrinə dair deyib: "Bu, Azərbaycan və Ermənistan nümayəndə heyətləri və AŞ PA sədri arasında keçirilən iclas idi. Biz demokratiya evində görüşməyi qərara aldıq ki, gələcəkdə hansı formada birgə işləyə biləcəyimizi müzakirə edək. Deməliyəm ki, hər iki tərəfdən birgə işləmək üçün əsl istəyin olduğunu hiss etdim. Biz yenidən görüşəcəyik. Mən bundan böyük zövq aldım".

AŞ PA sədri gələcəkdə belə bir görüşün qurumun növbəti sessiyasında keçirilə biləcəyini deyib.

Qeyd edək ki, əldə olunmuş razılığa əsasən, hər iki ölkənin nümayəndə heyətlərinin rəhbərləri açıqlama verməyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti