...

Elmar Məmmədyarov: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistan tərəfi siyasi iradə nümayiş etdirməlidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 İyul 2013 16:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir S.Ağayeva/

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistan tərəfi siyasi iradə nümayiş etdirməlidir. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bazar ertəsi Bakıda İsveçrə Konfederasiyası Federal Parlamentinin Kantonlar Şurasının sədri Filippo Lombardinini qəbul edərkən deyib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Məmmədyarov görüşdə Azərbaycan tərəfinin sülh sazişi üzərində çalışmağa hazır olduğunu bildirib. Nazir qeyd edib ki, mövcud status-kvo qəbuledilməzdir.

Görüşdə Avropa ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib. Həmçinin, iki ölkə arasında münasibətlərin əhəmiyyəti qeyd olunub.

Nazir Elmar Məmmədyarov isveçrəli rəsminin ölkəmizə səfərinin ölkələrimiz arasında münasibətlərin inkişafına töhfə verəcəyini vurğulayıb.

Filippo Lombardini səmimi qəbula görə nazir Elmar Məmmədyarova minnətdarlıq bildirib. Həmçinin, qonaq Azərbaycan qazının Avropaya Transadriatik qaz kəməri vasitəsi ilə nəqli qərarını tarixi qərar adlandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti