...

ABŞ Ceyms Uorliki ATƏT-in Minsk qrupuna həmsədr təyin edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Avqust 2013 02:49
ABŞ-ın dövlət katibi Con Kerri Ceyms Uorlikin ATƏT-in Minsk qrupuna həmsədr təyin edildiyini bəyan edib.
ABŞ Ceyms Uorliki ATƏT-in Minsk qrupuna həmsədr təyin edib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 6 avqust /Trend /

ABŞ-ın dövlət katibi Con Kerri Ceyms Uorlikin ATƏT-in Minsk qrupuna həmsədr təyin edildiyini bəyan edib. Bu barədə Trend ABŞ Dövlət Departamentinin rəsmi saytına istinadən məlumat verir.

Con Kerrinin bəyanatında bildirilir: "O, birinci dərəcəli diplomatdır və mən əminəm ki, o, bu vacib vəzifənin öhdəsindən məharətlə gələcək. ABŞ Dağlıq Qarabağ münaqişəsinin davamlı və dinc yolla həllinə nail olmaq üçün iki ölkəyə yardım göstərilməsinə tam sadiqdir".

Uorlik vəzifəsinin icrasına sentyabrda başlayacaq.

Uorlik bundan əvvəl ABŞ Prezidentinin Əfqanıstan və Pakistan üzrə xüsusi nümayəndəsinin müavini vəzifəsində çalışıb və ABŞ-la Əfqanıstan arasında təhlükəsizlik sazişi üzrə əsas müzakirəçilərdən biri olub. Bunadək o, ABŞ-ın Bolqarıstanda səfiri (2009-2012-ci illərdə) olub və Dövlət Departamentində digər məsul vəzifələrdə çalışıb.

Bundan əvvəl 2012-ci ilin dekabrında səfir Robert Bradtke ABŞ-dan ATƏT-in Minsk qrupunun daimi həmsədri kimi öz missiyasını bitirib.

Səfir Yan Kelli 2012-ci ilin dekabrın 21-də ABŞ-dan yeni daimi həmsədr təyin edilənədək müvəqqəti həmsədr kimi təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti