...

Erməni silahlı bölmələri mövqelərimizi atəşə tutub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Sentyabr 2013 09:28 (UTC +04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutub.
Erməni silahlı bölmələri mövqelərimizi atəşə tutub

Azərbaycan, Bakı, 8 sentyabr /Trend/

Erməni silahlıları yenidən atəşkəs rejimini pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutub.

Ağdam rayonunun Şirvanlı, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Qorqan, Aşağı Seyidəhmədli və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti