...

Mübariz Əhmədoğlu: Hətta öz tarixini saxtalaşdıran Serj Sərkisyan xristianlıq dəllalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Sentyabr 2013 14:04 (UTC +04:00)
Serj Sərkisyan dəllaldır və onun dəllallığı, o cümlədən də onun xristianlığına sirayət edib. Bu barədə Trend-ə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Mübariz Əhmədoğlu: Hətta öz tarixini saxtalaşdıran Serj Sərkisyan xristianlıq dəllalıdır

Azərbaycan, Bakı, 27 snetyabr / Trend, müxbir E.Mehdiyev /

Serj Sərkisyan dəllaldır və onun dəllallığı, o cümlədən də onun xristianlığına sirayət edib. Bu barədə Trend-ə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq qeyd edib ki, heç nəyin, o cümlədən xristianlığın da müqəddəs olmadığı bu keçmiş komsomol-partiya işçisi öz məqsədinə çatmaq üçün xristian dəyərlərini də ayaqları altına atıb.

M. Əhmədoğlu bildirib: "Ermənilər həmişə xristian faktorundan yararlansalar da, son 7 ildə, bundan açıq və rəsmi şəkildə istifadə edirlər. Lakin bu dövrdə onların bu istiqamətdəki fəaliyyətlərini ifşa edən bir neçə vacib məqamlar var".

Politoloqun sözlərinə görə, birincisi, ermənilər xristianlığı neçənci ildə, hansı coğrafi ərazidə və hansı şəraitdə qəbul etdiklərini tam gizli saxlayırlar. Bu faktların üstünün açılması Ermənistanın "xristianlığı qəbul edən ilk dövlət" tezisini darmadağın edir: "Başqa regionlarla işimiz yoxdur. Lakin dəqiq bəllidir ki, ermənilərin xristianlığı qəbul etməsinin şimallı və cənublu Qafqaz coğrafiyasına qətiyyən aidiyyəti yoxdur. Belə vəziyyətdə Avropa dövlət rəsmilərinin savadsızlığı, eləcə də Avropadakı bəzi məmurların savadsızlığı S.Sərkisyanın xristian dəllallığının köməyinə çatır".

M. Əhmədoğlu vur]ulayıb: "İkincisi, Ermənistan Vatikanla sıx əlaqələrə malikdir. Rəsmi Yerevan Vatikana Ermənistanın ilk xristian dövlət olduğunu təsdiq etdirmək istəyir. Vatikandan bir neçə yüksək çinli məmurun Ermənistana səfər etməsinə baxmayaraq, onlar Ermənistanı ilk xristian dövləti adlandırmayıblar. Vatikan erməniləri qədim xristian xalqlarından biri hesab edir".

Onun sözlərinə görə, gah rus pravoslavlığına, gah da katolikliyə meyl edən ermənilərin indiki zamanını Vatikan dövrü adlandırmaq olar.

M. Əhmədoğlu bildirib: "Üçüncüsü, müsəlman dövləti olaraq Azərbaycan dövlətinin torpağını işğal edən Ermənistan ilk gündən müsəlman İranın yanındadır. Avropa İttifaqı Ermənistanın qarşısına özü ilə İran arasında seçmək tələbini qoysa da, İranın bu dəstəyinə görə Ermənistan İrandan imtina etməyəcək. J.M.Barozzo və V.Rompeyin şübhəsi varsa, Ermənistanın qarşısında İran və Aİ seçimini qoyub hadisələrin davamını izləyə bilərlər.
Dördüncüsü, ermənilərin xristianlığa, xüsusilə katolikliyə qarşı münasibətində elə tarixi faktlar var ki, katoliklərin bunu unutmağa ixtiyarları yoxdur. Ermənilər Avropada, o cümlədən katolik Avropada, Polşada və Baltikyanı dövlətlərdə osmanlıların xeyrinə casusluqla məşğul olublar. Bir sıra kilsələri uçurdub, yerində erməni kilsəsi tikiblər. Sadəcə ermənilər Polşa və Baltikyanı dövlətləri inandıra biliblər ki, guya XVI-XVII əsrlərdə Polşa və Baltikyanı dövlətlərinin xeyrinə, Osmanlı imperiyasının isə əleyhinə casusluqla məşğul olublar. Bu absurddur. Ermənilər Osmanlı imperiyasının əleyhinə işləsəydilər onlar mövcud ola bilməzdilər. Uzunmüddətli yüksək vəzifələrə nail ola bilməzdilər".

Politoloqun sözlərinə görə, Ermənistan prezidenti S.Sərkisyanın iştirakı ilə ermənilərə saxta tarix yazılir. Bu ermənilər üçün irsi xüsusiyyətdir: "Əvvəlcə sübut etdilər ki, bikininin yaşı 67 il deyil, 5 min ildir.Yarandığı ərazi Paris deyil, Ermənistandır. Bikinini ilk geyinən parisli qadın deyil, erməni qadındır. İndi isə sübut etməyə çalışırlar ki, təxminən 50 min il yaşı olan "Homo sapiens" Ermənistan ərazisində əmələ gəlib.

S.Sərkisyanın tarixı saxtalaşdırmaq xəstəliyi öz fəaliyyətinə və taixinə də aiddir: o eyni gündə, eyni saatda həm Meğridə, həm də Dağliq Qarabağda anadan olub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti