...

Elmar Məmmədyarov ABŞ dövlət katibinin müavini ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Sentyabr 2013 13:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Vendi Şerman ilə görüşüb.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli əlaqələrin inkişafı, Ermənistan-Azərbaycan münaqişəsinin həlli və BMT Təhlükəsizlik Şurasının gündəliyində duran Suriyada kimyəvi silahlardan istifadə edilməsi ilə əlaqədar vəziyyət kimi məsələlər müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti