...

Mövqelərimiz yenidən atəşə tutulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Oktyabr 2013 09:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir İ.İzzət/

Cəbhə xəttində gecə atışmaları davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Tərtər rayonunun Yarımca, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Goranboy rayonunun Gülüstan, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti