...

Cəbhə xəttində müxtəlif istiqamətlərdə atəşkəs pozulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Noyabr 2013 10:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 noyabr /Trend/

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində bir neçə istiqamətdə atəşkəs rejimi pozulub.

Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Qaraxanbəyli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti