...

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəs rejimi pozulmaqda davam edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Noyabr 2013 09:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 noyabr /Trend/

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəs rejimi pozulmaqda davam edir.

Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı və Ağdam rayonunun Sarıcalı kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti