...

Ağdam, Goranboy, Füzuli və Xocavənd istiqamətlərində mövqelərimiz atəşə tutulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Dekabr 2013 09:43 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub.
Ağdam, Goranboy, Füzuli və Xocavənd istiqamətlərində mövqelərimiz atəşə tutulub

Azərbaycan, Bakı, 3 dekabr /Trend/

Ağdam, Goranboy, Füzuli və Xocavənd istiqamətlərində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Trend Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Mərzili, Sarıcalı, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Aşağı Veysəlli, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti