...

Mübariz Əhmədoğlu: Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi əsasında tənzimlənməsi Rusiyanın Cənubi Qafqazda inkişafı üçün zəruri şərtə çevrilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Yanvar 2014 13:41 (UTC +04:00)
Rusiya uzun müddət Dağlıq Qarabağ münaqişəsindən Azərbaycan və Ermənistanı asılı vəziyyətdə saxlamaq üçün istifadə edib. Regional siyasətin parametrləri dəyişib.
Mübariz Əhmədoğlu: Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi əsasında tənzimlənməsi Rusiyanın Cənubi Qafqazda inkişafı üçün zəruri şərtə çevrilib

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir E.Mehdiyev/

Rusiya uzun müddət Dağlıq Qarabağ münaqişəsindən Azərbaycan və Ermənistanı asılı vəziyyətdə saxlamaq üçün istifadə edib. Regional siyasətin parametrləri dəyişib. Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloq qeyd edib ki, yaranmış yeni regional reallıqlar Rusiyanı Dağlıq Qarabağ münaqişəsinə əvvəlki baxışından uzaqlaşmağa məcbur edir: "Azərbaycan sürətlə inkişaf edir. Yeni geostrateji hədəflər uğrunda mübarizə imkanları yaradır. RF-in təzyiqlərini neytrallaşdırmaqda xeyli təcrübəyə malik Azərbaycanın yeni təzyiqləri də neytrallaşdırmaq imkanları xeyli artıb. RF ilə Azərbaycan arasında artan dinamik münasibətlər RF üçün bütün təzyiq formalarından daha böyük əhəmiyyətə malikdir. RF-də sağlam qüvvələr bunu görürlər".

M.Əhmədoğlunun fikrincə, Qafqazdankənar regionda Rusiyanın mövqeyinin güclənməsi onun Cənubi Qafqazdakı indiki mövqeyinin daha da inkişaf etməsini tələb edir: "Başqa sözlə, Rusiya Cənubi Qafqazın hər üç dövləti ilə dost olmağın düsturunu tapmalıdır. Borjomi, şərab, sitrus və sair ixracı Gürcüstanı Rusiyaya bağlaması variantı istisna edilmir. Azərbaycan iqtisadi ehtiyaclarını təmin edib. Ona görə Rusiya Azərbaycanla gündəliyə fərqli məsələlər gətirməlidir. Rusiya ilə Azərbaycanın artan münasibətlərinin Rusiyanın geostrateji gücünü dəfələrlə artıracağını nəzərə alsaq, o zaman ortalığa yeni parametrlər çıxır".

Politoloqun sözlərinə görə, nəinki Dağlıq Qarabağın, hətta Zəngəzurun Rusiya tərəfindən Azərbaycana qaytarılması bu parametrlərin ödənilməsində elə böyük əhəmiyyətə malik deyil.

M.Əhmədoğlu hesab edir ki, Rusiya daha çox addımlar atmalıdır: "Rusiyanın cənubi Qafqaz siyasəti bu vaxtadək Ermənilər monopoliyaya almışdılar. Dağlıq Qarabağın Rusiya vasitəsilə Azərbaycana qaytarılması RF-in Cənubi Qafqaz siyasətində erməni monopoliyasının yırtıldığının birinci müjdəçisidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti