...

Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun zabiti şəhid olub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Yanvar 2014 14:26 (UTC +04:00)
Yanvarın 27-də saat 12.30-da erməni silahlı bölmələrinin atəşkəs rejimini növbəti dəfə pozması nəticəsində Silahlı Qüvvələrimizin zabiti leytenant Əzizov Səbuhi Rüstəm oğlu döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan snayper atəşindən şəhid olub.
Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun zabiti şəhid olub

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir İ.İzzət/

Yanvarın 27-də saat 12.30-da erməni silahlı bölmələrinin atəşkəs rejimini növbəti dəfə pozması nəticəsində Silahlı Qüvvələrimizin zabiti leytenant Əzizov Səbuhi Rüstəm oğlu döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan snayper atəşindən şəhid olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiynə görə leytenant Əzizov Səbuhi Rüstəm oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.

Şəhid zabitimizin silahdaşları and içiblər ki, leytenant Səbuhi Əzizovun xatirəsini həmişə uca tutacaq, onun intiqamını alaraq qanını yerdə qoymayacaqlar!

Müdafiə Nazirliyi rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir.

Qeyd edək ki, bir neçə gün öncə atəşkəsin pozulması nəticəsində Azərbaycan Ordusunun zabiti kapitan Cəfərov Elnur Cəfər oğlu şəhid olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti