...

Sədaqət Vəliyeva: Erməni lobbisinə qondarma "erməni soyqırımı"nın 100 illiyinə hazırlaşdıqları bir vaxtda elə bir zərbə vurulmalıdır ki, bu planları da fiaskoya uğrasın

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Fevral 2014 16:58 (UTC +04:00)
"Xocalı soyqırımı haqqında danışanda 10 il əvvəlki vəziyyətlə bu günü müqayisə edərkən görürük ki, artıq dünya Xocalı soyqırımdan xəbərdardır. Onlarla dövlət artıq Xocalı soyqırımı haqqında qanun səviyyəsində qərarlar qəbul edib. Eyni zamanda, bu gün dünyanın bir çox ölkələrində, xüsusilə də, Avropada, ABŞ-da və Kanadada Xocalı soyqırımı ilə bağlı tədbirlər, yürüşlər, sərgilər təşkil edilir, faciə haqqında video çarxlar nümayiş etdirilir".
Sədaqət Vəliyeva: Erməni lobbisinə qondarma "erməni soyqırımı"nın 100 illiyinə hazırlaşdıqları bir vaxtda elə bir zərbə vurulmalıdır ki, bu planları da fiaskoya uğrasın

Azərbaycan, Bakı, 25 fevral /Trend/

"Xocalı soyqırımı haqqında danışanda 10 il əvvəlki vəziyyətlə bu günü müqayisə edərkən görürük ki, artıq dünya Xocalı soyqırımdan xəbərdardır. Onlarla dövlət artıq Xocalı soyqırımı haqqında qanun səviyyəsində qərarlar qəbul edib. Eyni zamanda, bu gün dünyanın bir çox ölkələrində, xüsusilə də, Avropada, ABŞ-da və Kanadada Xocalı soyqırımı ilə bağlı tədbirlər, yürüşlər, sərgilər təşkil edilir, faciə haqqında video çarxlar nümayiş etdirilir". Bunu Trend-ə Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Onun sözlərinə görə, Xocalı soyqırımı ilə bağlı Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın, həmçinin, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın xidmətləri, "Xocalıya ədalət" kampaniyası tədqirəlayiqdir: "Bütün bunların reallaşması əlbəttə ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi "hücum diplomatiyası" sayəsində mümkün olub. Odur ki, Azərbaycan həqiqətlərilə bağlı istənilən tədbirin keçirilməsinə mane olmaq istəyən erməni lobisi hər zaman fiasko ilə üzləşib".

S.Vəliyeva bildirib ki, hər bir fəaliyyətin son məqsədi olduğu kimi, Prezident İlham Əliyevin rəhbərliyilə aparılan bu işlərin nəticəsində əsas nailiyyətimiz Xocalı soyqırımının beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət alması və bu faciənin törədilməsində əli olanların cəzalandırılmasıdır: "Çox təəssüflər olsun ki, hələ də beynəlxalq birlik həm Xocalı soyqırımı, həm də Azərbaycanın torpaqlarının işğalı ilə bağlı ortaya qəti mövqe qoymur. Əlbəttə ki, buna nail olmaq üçün mütləq mənada sistemli və davamlı işlər görülməlidir. Erməni lobbisinin qondarma erməni soyqırımının 100 illiyinə hazırlaşdığı bir vaxtda onlara elə bir zərbə vurulmalıdır ki, bu planları da fiaskoya uğrasın. Əvvəlcədən öyrənməliyik ki, onlar hansı qüvvələrlə qondarma soyqırımı tanımaq üçün danışıqlar aparır və preventiv addımlar atmalıyıq. Bu işdə dövlət üzərinə düşən vəzifələri yerinə yetirir. Amma bütün azərbaycanlılar bu işdə aktiv olmalıdır və görəcəyimiz işlər reklam xatirinə olmamalıdır. Beynəlxalq çıxışı olan mətbuat, vətəndaş cəmiyyəti nümayəndələri, xaricdə oxuyan tələbələrimiz, iş adamları, diaspora nümayəndələri, bir sözlə, hər kəs bir məqsəd üçün çalışmalıyıq və erməni lobbisinin fəaliyyətini iflic etməli, Azərbaycan həqiqətlərini daha geniş yaymalıyıq".

Millər vəkili vurğulayıb ki, əgər bütün azərbaycanlılar vətənpərvərlik, Vətənin daşı olduğunu nümayiş etdirib öz mövqeyində kiçik də olsa bir iş görsə, o zaman, ermənilərin heç bir yalanı ayaq tutmaz və bütün dünya həqiqətləri qəbul etmək məcburiyyətində qalar: "Ramil Səfərovun azad olunacağına bəlkə də heç kəs inanmırdı. Amma cənab Prezidentin iradəsi və xalqın dəstəyi buna imkan verdi. Bu işimizdə də bir olsaq, Xocalı soyqırımının təşkilatçıları və icraçıları da cəzalandırıla bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti