...

Fransa prezidenti Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səyləri artırmağı vəd edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 May 2014 01:02 (UTC +04:00)
Fransa Ermənistan və Azərbaycan arasında indiki münaqişənin sülh yolu ilə həllini tapmaq üçün ondan asılı olan hər şeyi edəcək.
Fransa prezidenti Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səyləri  artırmağı vəd edib

Azərbaycan, Bakı, 12 may /Trend/

Fransa Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini tapmaq üçün ondan asılı olan hər şeyi edəcək. Trend-in məlumatına görə, bunu Fransa Prezidenti Fransua Olland bazar günü Bakıda bildirib.

Olland Fransa vətəndaşları ilə görüşdə deyib: "Regional səfər çərçivəsində Azərbaycana gəldim. Həmçinin Ermənistana və Gürcüstana da səfər etməyə hazırlaşıram".

Fransa Prezidenti qeyd edib ki, Dağlıq Qarabağdakı vəziyyət hazırda son dərəcə gərgin olaraq qalır, on minlərlə həlak olan var, eləcə də son zamanlar bəzi hadisələr baş verib: "Buna görə də Fransa Minsk qrupunun həmsədri kimi, Azərbaycan və Ermənistana münaqişəni dinc şəkildə tənzimləmək imkanı verən sülh həllinin tapılması üçün əlindən gələn hər şeyi edir. Düşünürəm ki, bu, hər iki ölkənin marağındadır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti