...

Ermənistan silahlıları 10-dan çox istiqamətdə atəşkəsi pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 May 2014 09:40 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub.
Ermənistan silahlıları 10-dan çox istiqamətdə atəşkəsi pozublar

Azərbaycan, Bakı, 22 may /Trend, müxbir İ.İzzət/

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Füzuli rayonunun Qorqan, Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Ağdam rayonunun Sarıcalı, Cəvahirli, Tərtər rayonunun Göyarx, Çiləbürt, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti