...

BMT-də Dünyanın Gənc liderləri arasında Dağlıq Qarabağ mövzusu müzakirə edilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 İyul 2014 08:08
22 iyun 2014-cü ildə Amerika Birləşmiş Ştatlarının Filadelfiya şəhərində yerləşən “Chesnut Hill College”-də start götürən ‘‘Gənc liderlərin dünyanın qlobal problemlərinin həllində rolu’’ adlı beynəlxalq layihə iyulun 1-də Nyu Yorkda, BMT-nin qərargahında başa çatıb.
BMT-də Dünyanın Gənc liderləri arasında Dağlıq Qarabağ mövzusu müzakirə edilib (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 3 iyul /Trend/

22 iyun 2014-cü ildə Amerika Birləşmiş Ştatlarının Filadelfiya şəhərində yerləşən "Chesnut Hill College"-də start götürən ''Gənc liderlərin dünyanın qlobal problemlərinin həllində rolu'' adlı beynəlxalq layihə iyulun 1-də Nyu Yorkda, BMT-nin qərargahında başa çatıb.

Litva Azərbaycanlı Gənclər Təşkilatından (AYOL) Trend-ə verilən xəbərə görə, 28 Avropa ölkəsindən və cənubi Qafqazdan Azərbaycan, Gürcüstanın qatıldığı tədbirdə gənclər dünyanın qlobal problemləri ilə bağlı statistik və dəqiq faktlara əsaslanan geniş tərkibli təqdimatlar hazırlayıblar.

Qlobal problemlərdən biri kimi ''Məcburi köçkünlər'' mövzusu Azərbaycan təmsilçisi tərəfindən irəli sürülüb və yaradılan qrupda Almaniya, Azərbaycan, Gürcüstan və Polşa təmsilçiləri bir araya gəliblər. 8 gün ərzində hazırlanan təqdimatlar BMT-nin müxtəlif şuralarından olan rəsmilər qarşısında təqdim olunub. Yığılan materiallar əsasında cari ilin sentyabr ayının sonlarında kitab nəşr ediləcək.

Azərbaycan təmsilçisi, Litva Azərbaycanlı Gənclər Təşkilatının sədri Samir Musayev movzunun aktuallığından geniş yararlanaraq, özünün də Qarabağda doğulmasına baxmayaraq həmin torpaqlara gedə bilmədiyini və bununla bağlı BMT-nin 4 qətnaməsinin hələ də yerinə yetirilmədiyini, bir milyondan artıq məcburi köçkünün 20 ildən artıqdır ki geri dönməməsini gənclərin dili ilə təşkilat rəsmilərinə çatdırıb. Səfər Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyinin dəstəyi ilə həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti