...

Millət vəkili: Ermənistan təxribatlar zamanı verdiyi itkiləri barədə dəqiq məlumat verməkdən qorxur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Avqust 2014 15:11 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurası cəbhə xəttində ermənilərin təxribatları nəticəsində şəhid olmuş əsgərlərin ailələrini ziyarət edir.
Millət vəkili: Ermənistan təxribatlar zamanı verdiyi itkiləri barədə dəqiq məlumat verməkdən qorxur

Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurası cəbhə xəttində ermənilərin təxribatları nəticəsində şəhid olmuş əsgərlərin ailələrini ziyarət edir. Bu barədə Trend-ə YAP Qadınlar Şurasının sədri müavini, Milli Məclisin deputatı sevinc_huseynova deyib.

Onun sözlərinə görə, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva, YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızının daxil olduğu nümayəndə heyəti gün ərzində bir sıra rayonlarda olacaq: "Biz Salyanda olduq, indi Masallıya doğru gedirik, daha sonra Biləsuvar, Quba, Xacmaz və digər rayonlarda da şəhid ailələrinə baş çəkəcəyik".

S.Hüseynova qeyd edib ki, şəhid olan əsgərlər tək o ailələrin övladları deyildi, onlar bütün xalqın, vətənin övladları idi: "Həmin ailələri ziyarət edib, onların kədərini bölüşmək bizim borcumuzdur".

O, əlavə edib ki, Ermənistan hökuməti ölkədə olan gərginliyi ört-basdır etmək üçün belə təxribatlara əl atır, atəşkəsi pozur.

Millət vəkili bildirib ki, Azərbaycan tərəfi təxribatlar zamanı verdiyi itkilər barədə dəqiq məlumat yaysa da, Ermənistan itkiləri barədə dəqiq məlumat verməkdən çəkinir, çünki bunun cəmiyyətdə təşviş və gərginlik yaradacağıdan qorxurlar.

Qeyd edək ki, erməni silahlı qüvvələri son dövrlər cəbhə xəttində atəşkəs rejimini daha intensiv pozur. İyulun 31-dən avqustun 1-nə keçən gecə isə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Digır kəşfiyyat-təxribat cəhdi isə avqustun 1-dən 2-nə keçən gecə baş verib. Lakin Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində hər iki təxribatın qarşısı alınıb. Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti