...

Klod Salhani: Nə üçün Ermənistana qarşı indiyədək sanksiyalar tətbiq olunmur?

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Avqust 2014 17:20 (UTC +04:00)
Beynəlxalq birlik BMT-nin direktivlərini yerinə yetirməyi hətta heç düşünməyən ölkələrə qarşı sanksiyaların tətbiqində qətiyyən məntiq olmadığını artıq dəfələrlə nümayiş etdirib.
Klod Salhani: Nə üçün Ermənistana qarşı indiyədək sanksiyalar tətbiq olunmur?

Azərbaycan, Bakı, 4 avqust /Trend/

Klod Salhani, Trend-in İngilis xəbərlər xidmətinin baş redaktoru

Beynəlxalq birlik BMT-nin direktivlərini yerinə yetirməyi hətta heç düşünməyən ölkələrə qarşı sanksiyaların tətbiqində qətiyyən məntiq olmadığını artıq dəfələrlə nümayiş etdirib.

Beynəlxalq birlik bəzi ölkələrə qarşı sanksiyaların tətbiqində heç bir problem görmədiyi halda, nə üçünsə Ermənistanın Dağlıq Qarabağdakı təcavüzkar hərəkətləri və onun BMT-nin bir neçə qətnaməsini saymamasına göz yumur.

Son günlər ərzində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində 13 Azərbaycan hərbçisi öldürülüb, halbuki atəşkəs sazişi formal olaraq qüvvədədir.

1994-cü ildə iki ölkə arasında atəşkəs rejimi haqqında saziş imzalanıb. ATƏT-in Minsk qrupunun həmsədrləri - Rusiya, Fransa və ABŞ indiki məqamda daha çox yerində sayan nəticəsiz sülh danışıqları aparırlar. Bu həftənin sonuna təyin edilmiş prezidentlərin görüşünün danışıqları lazımi məcraya yönəldəcəyinə azacıq ümid var.

Ermənistan indiyədək BMT TŞ-nin işğal olunmuş Dağlıq Qarabağ və ona bitişik ərazilərin azad edilməsi üzrə 4 qətnaməsindən heç birini yerinə yetirməyib.

Bunların hamısı elə təəssürat yaradır ki, beynəlxalq birlik Ermənistanı BMT qətnamələrinə əməl etməyə vadar etmək üçün lazımi vasitələrə malik deyil, axı sanksiyalar "yumşaq güc" tətbiqinin variantlarından biridir.

Azərbaycanda çoxları soruşur: nə üçün beynəlxaql birlik Ermənistanın cəbhə xəttindəki əməllərinə göz yumur? Nə üçün BMT, ABŞ, Aİ və ATƏT inadla susur və yalnız quru məlumatlarda narahatlıqlarını ifadə edirlər?

Həqiqətən, xeyli insanın narahat olduğunu bilmək xoşdur, hətta bu narahatlıq yüksək qiymətləndirilir (bir daha təşəkkür), amma bir narahatlıqla Dağlıq Qarabağ münaqişəsi həll olunmur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti