...

DSX-nin rəis müavini: "Torpaqlarımızın geri qaytarılması üçün verilən əmri yerinə yetirməyə hazırıq"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Avqust 2014 12:06
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 95 illiyi münasibətilə bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general polkovnik Elçin Quliyevin rəhbərliyi ilə Xidmətin şəxsi heyəti ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib və əklillər qoyub.
DSX-nin rəis müavini: "Torpaqlarımızın geri qaytarılması üçün verilən əmri yerinə yetirməyə hazırıq"

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 18 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 95 illiyi münasibətilə bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general polkovnik Elçin Quliyevin rəhbərliyi ilə Xidmətin şəxsi heyəti ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib və əklillər qoyub.

Trend-in məlumatına görə, daha sonra sərhədçilər oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib, əklillər qoyublar.

DSX-nin şəxsi heyəti, həmçinin Şəhidlər xiyabanını ziyarət edib.

Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-mayor Azad Ələkbərov jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan Dövlət Sərhəd Xidməti ən müasir və yeni avadanlıqlarla təchiz olunub, yeni sərhəd məntəqələri inşa olunub.

Onun sözlərinə görə, Xəzər dənizində dövlət sərhədlərinin mühafizəsi üzrə böyük işlər görülür: "Biz Ali Baş Komandanın bizə göstərdiyi etimadı həmişə doğrultmağa hazırıq. Biz Ali Baş Komandanın hər hansı bir əmrini, həm dövlət sərhədlərimizin mühafizəsi, həm torpaqlarımızın geri qaytarılması üçün verilən əmri yerinə yetirməyə hazırıq".

A.Ələkbərov əlavə edib ki, yeni zastavaların inşası davam edir və sərhəd infrastrukturunun möhkəmləndirilməsi üçün verilən bütün tapşırıqlar yerinə yetirilir.

O bildirib ki, sərhədçilər qaçaqmalçılıq, qeyri-qanuni miqrasiya və s kimi sərhəd pozuntularına qarşı daim mübarizə aparır və sərhədlərimizin etibarlı mühafizəsini təmin edirlər.

Dağlıq ərazilərdə sərhəd mühafizəsinin gücləndirilməsi ilə bağlı proqramın yerinə yetirilməsi vəziyyətindən danışan A.Ələkbərov vurğulayıb ki, demək olar, proqram yerinə yetirilməkdədir, planlaşdırılmış bütün dağ zastavaları artıq yenidən inşa edilib və ya təmir edilib: Orada xidmət edən sərhədçilərimiz üçün hər cür şərait yaradılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti