...

Azərbaycan Ordusunun zabiti şəhid olub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Sentyabr 2014 13:59 (UTC +04:00)
Düşmən tərəfindən atılan atəşdən Silahlı Qüvvələrimizin 1991-ci ildə Hacıqabul rayonunda anadan olan zabiti, leytenant Baxışlı Allahverdi Əbülfəz oğlu döyüş postunda şəhid olub.
Azərbaycan Ordusunun zabiti şəhid olub

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir İlkin İzzət/

Sentyabrın 27-də saat 10:25 radələrində erməni silahlı bölmələri atəşkəs rejimini növbəti dəfə pozaraq mövqelərimizi atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, düşmən tərəfindən atılan atəşdən Silahlı Qüvvələrimizin 1991-ci ildə Hacıqabul rayonunda anadan olan zabiti, leytenant Baxışlı Allahverdi Əbülfəz oğlu döyüş postunda şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti